Amerikalıların 54 faizi Obamadan narazıdır (SORĞU)

 

Kvinnipeq Universitetinin sorğusunun nəticələri sübut edir ki, amerikalıların 54 faizi prezident Barak Obamanın fəaliyyətindən narazıdır. Məsələ ilə bağlı məlumat verən «Deyli Teleqraf» qeyd edir ki, bu göstərici Birləşmiş Ştatların dövlət başçısının indiyədək qeydə alınmış ən aşağı göstəricisidir.

Qeyd edək ki, Kvinnipeq Universiteti sorğusunu 6-11 noyabr tarixləri aralığında 2545 seçici arasında keçirib. Proses zamanı respondentlər əsasən ölkədəki iqtisadi vəziyyəti, o cümlədən büdcə kəsiri ilə bağlı yaranmış mürəkkəb durumu nəzərə alıblar. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə