Obamanın mühafizəçilərinin seks qalmaqalları bitmək bilmir

 

ABŞ prezidenti Barak Obamanın məxfi xidmətinin iki əməkdaşı işdən çıxarılıb. Buna səbəb onların elektron poçt ünvanlarından seksual xarakterli məktubların aşkarlanmasıdır.

Qeyd edək ki, bu ilin mayında Ağ Ev yaxınlığındakı hotellərdən birinin rəhbərliyindən Obamanın məxfi xidmətinin əməkdaşı İqnasio Samoruya qarşı şikayət ərizəsi daxil olub. Mühafizəçi hotelin işçilərindən ona qapı açmaqdan imtina edən qadını tələb edib. Deyilənə görə, Samoru onunla hotelin barında tanış olubmuş və hətta birlikdə gecə də keçiribmişlər. Həmin gecə mühafizəçi özünün xidməti silahının güllələrindən birini hoteldə unudub.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə