Yaxın Şərqdə Quantanamo yaradılır

 

ABŞ prezidenti Barak Obama administrasiyasından məhbuslara qarşı qəddar davaranışlarla xarakterizə olunan Quantanamo həbs düşərgəsinin bağlanacağı bildirilsə də, mövcud sahədə əməli addımlar artıq neçə vaxtdır atılmır.

Bu azmış kimi dünya mediasına Birləşmiş Ştatların oyuncağına çevrilmiş körfəz monarxiyalarından birinin - konkret olaraq Yəmənin Quantanamo tipli yeni həbs düşərgəsi yaradacağına dair informasiyalar sızmaqdadır. Məsələ burasındadır ki, Quantanamo məhbuslarının əksər hissəsi məhz yəmənlidir. Çox güman, Birləşmiş Ştatlar bu yolla heç bir məhkəməsiz filansız həbsdə olan məhbusları azadlığa buraxmaq istəməməkdə israrlı olduğunu göstərir.

Qeyd edək ki, Quantanamodan sonuncu məhbus 2012-ci ildə ölü halda çıxıb. Hazırda orada saxlanılanların yaxınları Yəməndə də yeni zülm düşərgəsinin fəaliyyətə başlamasından narahatlıqlarını ifadə edirlər.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə