Rusiya və Belarus prezidentləri hokkey oynayıblar

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko hokkey oynayıblar. Onlara Rusiyanın müdafiə naziri Sergey Şoyqu da qoşulub. Matç Soçidəyi olimpiya sarayında baş tutub. Qırmızı rəngdə geyinmiş siyasətçilərin komandasında Vyeçeslav Fetisov, Pavel Bure, Aleksandr Kojevnikov, Andrey Kovalenko və Aleksandr Qusarov kimi tanınmış hokkey simaları da çıxış ediblər. Onların rəqibləri qismində ağ rəngli forma ilə meydana çıxanlar isə olimpiya və dünya çempionları - İrek Himayev, Aleksandr Qolikov, Nilolay Makarov, Sergey Makarov, Aleksandr Yakuşev olublar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələ ilə bağlı bildirib ki, V.Putin ulduzların matçının keçiriləcəyini bilirmiş və A.Lukaşenkonun bu idman növünə marağını nəzərə alaraq yeni il münasibətilə telefonla təbrik edərkən onu hokkey oynamağa dəvət edib.

Qeyd edək ki, matç 12:3 hesabı ilə Putinin komandasının xeyrinə tamamlanıb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə