Prezident etiraf etdi

Fransa prezidenti Fransua Olland hazırda birgə yaşadığı Valeri Trierveyleri aktrisa Jüli Qayla aldatdığını etiraf edib. Bu haqda Fransanın «Parisien» qəzeti yazıb. Qəzetin məlumatına görə, prezident və vətəndaş nigahından olan həyat yoldaşı məsələ barədə səs-küysüz və münaqişəsiz söhbət ediblər. Bu gün o da məlum olub ki, V.Trierveyler Paris yaxınlığındakı xəstəxanaların birində yerləşdirilib…

Qeyd edək ki, yanvarın 10-a «Closer» jurnalı 59 yaşlı F.Ollandın 41 yaşlı J.Qayla intim münasibətlərdə olduğunu yazmışdı və səhifəsində sevgililərin aktrisanın evindəki fotosunu paylaşmışdı. Prezdent isə artıq bildirib ki, jurnalı onun şəxsi həyatına müdaxilə etdiyini görə məhkəməyə verməyə hazırlaşır.

Onu da deyək ki, J.Qayın vəkilləri də nəşrdən qalmaqallı fotonu saytından yığışdırmağı tələb ediblər. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə