Jirinovskidən qadağa: Rusiya liberalları ildə 3-4 dəfə sekslə məşğul ola bilərlər

Rusiya liberal demokratlarının lideri Vladimir Jirinovski rəhbərlik etdiyi partiyanın üzvlərinin cinsi həyatlarına dair yeni normativ müəyyənləşdirib. 168.az Rusiya mediasına istinadən xəbər verir ki, yeni qaydaya əsasən qurumun üzvlərinə ildə yalnız üç-dörd dəfə sekslə məşğul olmaq icəzəsi verilir. «Bu ildən başlayaraq cinsi həyatla bağlı normativlər tətbiq edəcəyik. Yalnız kvartalda bir dəfə. Pornoqrafiyanın, porno kasetlərin və bu qəbildən olan müxtəlif filmlərin təsiri ilə gənc nəsildə belə təəssürat yaranıb ki, nə qədər çox olsa, o qədər yaxşıdır…»

V.Jirinovski əmindir ki, ildə üç-dörd dəfə sekslə məşğul olmaq kifayətdir. Onun sözlərinə görə, cinsi həyatdakı artıq hərəkətlər sağlam yaşamağın əsas şərtlərindəndir. Siyasətçi eyni zamanda hesab edir ki, qadağalar siyahısına içkidən, siqaretdən imtina da daxildir. Həmçinin vegetirian həyat tərzi də sağlam həyat tərzi üçün əsasdır ki, Jirinovski partiyasında bununla bağlı normativi hələ ötən ildən müəyyənləşdirib

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə