Putin 2018-ci il prezident seçkisində iştirakı barədə danışdı

«Ola bilər, hokkey oynayacam...»

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsində 2018-ci ildə keçiriləcək prezident seçkisində iştirak edib-etməməklə bağlı hələlik yekun fikir bildirə bilməz. Onun sözlərinə görə, siyasətlə məşğul olan şəxs üçün ən pis və təhlükəlisi onun dişləri və əlləri ilə hakimiyyət kürsüsündən yapışmaq barədə düşünməsidir. «O zaman iflas qaçılmazdır. Çünki hər zaman nə isə düzgün olmayan addım atmaqdan qorxacaqsan. Bu haqda deyil, gördüyün işin nəticəsi haqqında düşünmək lazımdır».

V.Putin həmçinin çinli jurnalistin təqaüdə çıxdıqdan sonra hansı işlə məşğul olacağına dair sualını da cavalandırıb. «Ola bilər, hokkey oynayacam. İki il öncə buzun üzərində dayana bilmirdim. İndi nə isə alındırıram», - deyən Rusiyanın dövlət başçısı hər gün idmanla məşğul olaraq fiziki formasını saxlamağa çalışdığını vurğulayıb.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə