İtaliya Senatı məhkəmədə Berluskoniya qarşı çıxacaq

İtaliya Parlamentinin yuxarı palatası - Senat ölkənin keçmiş baş naziri Silviya Berluskoniyə qarşı başlanılmış məhkəmə prosesində iddiaçı qismində çıxış edəcək. Bununla bağlı  Senatın spikeri Petra Qrasso yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, bu qurumun məhkəmədə iştirakı mənəvi borcdur.

Qeyd edək ki, S.Berluskoni 2006-2008-ci illərdə italiyalı parlamentariləri pulla ələ almaqda günahlandırılır. Ölkənin Neapol şəhərinin prokurorluğu keçmiş baş naziri siyasi partiyaların maliyyələşməsi ilə bağlı korrupsiya faktında təqsirli bilir. Berluskoninin 2006-cı ildə senator Serjio de Qreqoriuya 3 milyon avro rüşvət verdiyi vurğulanır. Bildirildiyinə görə, keçmiş baş nazir bu yolla həmin vaxt hökumət rəhbəri kimi fəaliyyət göstərmiş Romana Prodinin istefasına nail olmağı düşünürmüş.

Onu da deyək ki, Serjio de Qreqoriu İtaliya qəzetlərindən birinə müsahibəsində Berluskonidən rüşvət aldığını etiraf edib. Ümumən məsələ ilə bağlı məhkəmə prosesinə fevralın 11-də start veriləcək.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə