Obama Rusiyanın dəvətini qəbul etmədi

«Ukrayna məsələsindəki fikir ayrılığı…»

ABŞ prezidenti Barak Obama II Dünya Müharibəsindəki qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək bayram təntənəsinə qatılmayacaq. Bunu Birləşmiş Ştatların dövlət başçısının müşaviri  Ben Rods deyib: «Prezident Obama Moskvaya getməyi düşünmür. Dövlət başçısı səviyyəsində iştirakımızı gözləmirəm».

Müşavir eyni zamanda bildirib ki, ABŞ Rusiyanın faşist Almaniyasının məhvindəki roluna hörmətlə yanaşır və bu, II Dünya Müharibəsi ilə bağlı bütün əlamətdar tarixlərdə vurğulanır. «Ukrayna məsələsindəki fikir ayrılığı ümumi tarixin əhəmiyyətini azaltmır».

Qeyd edək ki, ötən il dekabrın sonunda rəsmi Moskva ABŞ prezidentini II Dünya Müharibəsindəki qələbənin 70 illiyi ilə bağlı bayram təntənəsinə dəvət edib.

Onu da deyək ki, 2010-cu ildə 65 illiklə bağlı analoji dəvətə də Vaşinqton administrasiyasından müsbət cavab gəlməmişdi.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə