Videolar - Adnan Menderes niyə edam edildi? (VİDEO)

20.05.2012 | 2305 dəfə baxılıb

 

“Dünyadan ayrıldığım bu anda, ailəmi və uşaqlarımı şəfqətlə andığımı onlara bildirin. Vətəni və milləti Allah rifah içində etsin”. Bu sözləri uzun illər Türkiyə hökumətinə rəhbərlik etmiş Əli Adnan Menderes barəsində çıxarılan edam hökmünün icrası öncə yazıb. 

Mitinqlər zamanı millətə atəş açdırmaq, bəzi müxalifət rəhbərlərinin rəsmi səfərlərini məhdudlaşdırmaq, Kir şəhərini qəsəbəyə çevirmək, CXP-nin mallarını qəsb etmək və s... Bunlar Menderesə qarşı irəli sürülən ittihamlar idi. 

ABŞ prezidenti Con Kennedi, Fransa prezidenti Şarl de Qoll, Pakistan prezidenti Əyyub Xan və İran şahı Rza Pəhləvi dəfələrlə Menderesi edam etməməyə çağırsalar da, bunların bir faydası olmayıb. Üstəlik məhkəmə prosesi zamanı ABŞ kəşfiyyat orqanları əməkdaşlarının türk həmkarlarına rüşvət verərək telefon danışıqlarına qulaq asması faktının ortaya çıxması A.Menderesə qarşı mübarizə aparanların qərarlarındakı inadkarlıqdan xəbər verirdi. 

Belə olan halda edam qaçılmaz idi və 1961-ci il sentyabrın 17-də 9 ay davam edən məhkəmə prosesindən sonra İmralı adasında icra olundu. 



168.az sosial şəbəkələrdə