Videolar - Hitleri hakimiyyətə kim (lər) gətirib? (VİDEO)

07.05.2012 | 1545 dəfə baxılıb

 

İndiyədək II Dünya Müharibəsinin başlıca müqəssiri sayılan Adolf Hitlerin hakimiyyətə gətirilməsi ilə bağlı müxtəlif versiyalar səslənib. Bunların içərisində yəhudi sionizmindən tutmuş I Dünya Müharibəsində məğlubiyyətə uğramış Almaniyanın təzminat ödəmək istəməyən yerli maqnatlarının əməllərinədək bir çox fikirlər irəli sürülür. 

Bolşevizm təhlükəsinin yayılmasından qorxan İngiltərə və Fransanın məkrli niyyətlərindən, həmin vaxtadək dünya siyasətinə böyük təsiri olmayan ABŞ-ın Avropadakı rəqiblərini zəif salmaq planlarından da söhbət açılır. Sizlərə  təqdim olunan film də bir versiyadır. 

Amma nəzərə alsaq ki, Hitler demokratik seçki yolu ilə hakimiyyətə gəlib, bu versiyanı kifayət qədər maraqlı saymaq mümkündür. İzləsəniz, görəcəksiniz.

168.az



168.az sosial şəbəkələrdə