Videolar - Əfqanıstan: Sovet təcavüzündən Amerika işğalınadək (VİDEO)

15.02.2012 | 3054 dəfə baxılıb

 

 

Rəsmi məlumatlara görə, SSRİ-nin müdaxiləsinə qarşı mübarizədə partizanlar və sakinlər də daxil olmaqla təxminən milyon yarım əfqan həlak olub. Müharibənin aparıldığı 1979-cu il dekabrın 25-dən 1989-cu ilin fevralın 15-dək Əfqanıstanda Sovetlər Birliyinin 620 min hərbi qulluqçusu xidmət edib. Bu cərgədə həlak olanların, yaralananların, xəstəliklərdən, qəzalardan, bədbəxt hadisələrdən ölənlərin sayı 15.051 nəfərdir. 417 hərbi qulluqçu əsir düşüb ki, onlardan yalnız 130 nəfəri azad edilərək vətənə qayıdıb, 287 hərbçi isə əsir və ya itkin düşmüş sayılır.

 
 On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onlardan 208-i həlak olub, 7-i itkin düşüb. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.


 
Əfqanların hər il Milli Qurtuluş günü kimi qeyd etdikləri 15 fevral tarixində ölkədə istirahət günüdür. Bəs ötən müddətdə əfqan xalqı dinclik tapa bilibmi?! Xaricilərin ölkədə sülh yaratmaq missiyası uğurla nəticələnibmi?!

 

Əyani görüntü budur ki, istər Əfqanıstanda ABŞ-ın hərbi müdaxiləsi nəticəsində yaşanan hazırkı situasiya, istərsə də SSRİ qoşunlarının ölkəni işğalı ilə yaranmış durum demək olar, eynidir - aclıq, səfələt, yoxsulluq, özbaşınalıq, narkomaniyanın geniş vüsət alması, hər gün eşidilən güllə səsləri, terror və qətllər…


 
Aşağıda oxuculura təqdim edilən video görüntülərdə də yaxın keçmişimizdə Əfqanıstanda super güclərin iştirakı ilə baş verən iki müharibədən söhbət açılır. Düşünürük ki, kifayət qədər maraqlı olan kadrlar həm də ibrətamiz səciyyə daşıyır. Əsas mahiyyət heç bir xalqın kənar müdaxilədən xöşbəxtlik tapmamasıdır .Buyurub izləyə bilərsiniz.



168.az sosial şəbəkələrdə