Videolar - Con Kennedinin müəmmalı qətli (VİDEO)

30.10.2012 | 10326 dəfə baxılıb

 

1964-cü ilin prezident seçkilərinə hazırlıq məqsədilə Texasa gəlməmişdən öncə sanki ölümünü hiss edir və deyirdi: "İlahi, Texasa səfərdən çəkinə bilsəydim... Bir səbəb uydurmaq olarmı?" 

Heç nə uydura bilmədi və sözügedən ştatın mərkəz şəhəri olan Dallasa yollandı. 1963-cü il noyabrın 22-də saat 12.30-da snayper tüfəngindən ona iki atəş açıldı. Güllələrdən biri boynundan, ikincisi başından dəydi. Təcili hospitala çatdırılsa da, xeyri olmadı. Hadisədən təxminən 30 dəqiqə sonra ölüm xəbəri rəsmən elan edildi.   


ABŞ Ali Məhkəməsinin sədri Erl Uorrenin rəhbərliyi ilə yaradılmış komissiyanın rəyi belə oldu ki, hadisənin törədilməsində şübhəli bilinən Li Harli Osvald qətli təklikdə reallaşdırıb. Məsələ ilə bağlı araşdırmalar aparan ABŞ Nümayəndələr Palatasının qərarında isə mərhumun meyidinin yarılmasının standartlara uyğun aparılmadığı vurğulanıb. Bəzi ehtimallarda isə caninin Osvald olmadığı deyilir. 
 

Ümumən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin öldürülməsi hələ də sirr olaraq qalmaqdadır. Aşağıda prezidentin müəmmalı qətlinə həsr olunmuş iki seriyalı film təqdim edilir. Filmdə hadisənin törədilməsinə əsas verə biləcək daxili, beynəlxalq ictimai-siyasi vəziyyətin təhlili aparılır, o cümlədən SSRİ-ABŞ münasibətlərinə, “Karib böhranı”na ətraflı nəzər salınır.



168.az sosial şəbəkələrdə