Videolar - Novruz-1967: Baharın ilk rəsmi bayram təntənəsi (VİDEO)

22.02.2012 | 1441 dəfə baxılıb

 

Su çərşənbəsinin gətirdiyi xoş bayram ovqatındayıq. Novruz bayramından bizi artıq 4 yox, 3 çərşənbə ayırır. Dağ kəndindən paytaxtadək hər yerdə maneəsiz daha 3 dəfə tonqallar şölələnəcək, hamı bir-birini təbrik edəcək: Novruz bayramınız mübarək!

Yəqin çoxlarına bəlli deyil ki, yaşı min illərlə ölçülən bu mərasim Odlar Yurdunda ilk dəfə rəsmi olaraq 1967-ci ildə qeyd edilib. Lakin o zaman da adının olduğu kimi vurğulanmasına senzura səddi çəkilib - Novruz baharla əvəzlənib. Hər halda xalqımızın vətənpərvər oğullarından olan Şıxəli Qurbanovun adı ilə əlaqələndirilən ilk addımın özü də tariximizə cəsarət nümunəsi kimi həkk edilib.

Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi bədii-sənədli filmin kadrları bizə yenidən retro -hisslər yaşatmaqdadır. Həmin gün Bakıda və Azərbaycanın bütün yaşayış yerlərində bayram tonqalları əvvəlki illərdəkindən daha gur görünürdü. Buyurun, Siz də 45 il əvvəlin kadrları ilə tanış olun.



168.az sosial şəbəkələrdə