Videolar - Merilin Monro: İntihar, yoxsa sui-qəsd?

04.07.2012 | 3851 dəfə baxılıb

 

1962-ci il avqustun 5-də dünya şöhrətli Hollivud ulduzu Merlin Monronun meyiti öz yatağında tapıldı. İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, M. Monro yüksək dozada həblər qəbul edərək intihar etmişdir. Amma bu versiyanın həqiqətə nə dərəcədə uyğun olması sirr olaraq qalırdı...

Əsl adı Norma Cin olan Merilin Monro 1926-cı il iyunun 1-də Los-Anceles şəhərində dünyaya göz açıb.
İkinci dünya müharibəsi illərindən sonra hərbi zavodda işləyərkən bir fotoqrafın onun şəkillərini çəkməsi və modelyerliyə başlamsı Normanın həyatını tamam dəyişdi. Beləliklə, “XX əsr Foks” kinostudiyasına dəvət alan Merilin Monro adıyla məşhurlaşdı.

Yeni dövrə başlayan Merilinin şöhrəti artdıqca onun özəl həyatı daha çox yelkənsiz qayığa bənzəyirdi. Fasiləsiz filmlərə çəkilən, kifayət qədər qonorar alan Monronun şəxsi mülkiyyəti belə olmayıb. Deyilənə görə, bunlar onu az maraqlandırardı. Amma sənətkarçün sevgi macəraları ən inanılmaz şəkildə davam edirdi. Xaraktercə azad olan kinoulduz sevgililərini, birlikdə olduğu kişiləri dəyişməkdə heç vaxt nə psixoloji, nə də mənəvi narahatçılıq hiss edib. 

O kompleksiz adam idi. İki dəfə bətnindəki uşağını itirən Merilin dərin depressiya keçirib və uzun müddət psixiatriyada müalicə olunub. Beləliklə də, yuxusuzluqdan əziyyət çəkən Monro tez-tez çox güclü təsirə malik sakitləşdirici preparatlar qəbul edib. 

Bütün bunlara baxmayaraq, Merilin Monronun çəkildiyi «Avtobus dayanacağı» (1955-ci il), «Şahzadə və xorda oxuyan qız» (1957-ci il), «Cazda yalnız qızlardır» (1959-ci il) filmləri şöhrətini daha da artırdı və 1959-cu ildə ona «Qızıl qlobus» mükafatı təqdim edildi.

1961-ci ildə isə Merilini şəxsən prezident Con Kennediyə təqdim etdilər. Kennedilərlə bu tanışlığın fonunda Monro evlilik xəyallarını qurmuşdu. Kennedilərin onunla «oynadıqlarına» əmin olduqda isə psixoloji gərginlik keçirtdi. Bundan qəzəblənən Merilin bildirmişdi ki, mətbuat konfransı təşkil edib Kennedi qardaşlarının onunla əlaqələri haqqında sensasiyalı məlumatlar verəcək.

Bu hadisələrdən çox keçmədi ki, 30-dan çox filmə çəkilərək dünya kinotarixinə adını böyük hərflərlə yazan Monronu evində, əlində telefon dəstəyi ölmüş vəziyyətdə tapdılar. Stolun üstündə isə boş dərman qabları və ətrafa səpələnmiş güclü yuxu həbləri diqqəti cəlb edirdi.

Monronun cəsədinin ekspertizasında da yazılmışdı ki, ölümə səbəb onun həddindən artıq həb qəbul etməsi olub. Başqa bir ehtimala görə isə, Merilin dünyasını dəyişməsinə səbəb narkotikadır.

Ümumiyyətlə, Monronun ölümünə səbəb kimi beş versiya irəli sürülürdü. Ən məşhuru isə ona «yuxarılar» tərəfindən sui-qəsdin sifarişi versiyası idi.

 Merilin Monronun ölümüylə bağlı hazırlanmış bu sənədli film də bir çox qaranlıq məsələyə aydınlıq gətirir.



168.az sosial şəbəkələrdə