Videolar - 1953-cü ildə Beriyanın əvəzinə kimi güllələyiblər?

10.08.2012 | 5885 dəfə baxılıb

 

Uzun illər SSRİ kimi nəhəng dövlətin mühüm postlarında vəzifələr tutmuş, Mərkəzi Komitənin əsas siyasi fiqurlarından sayılan Lavrenti Beriya həm də “millətlər atası”, bəlkə də ömrü boyu borclu olduğu İosif Stalinin zəhərlənərək öldürülməsinin baş memarı sayılır. Amma elə “dahi rəhbər”in ölümündən bir neçə ay sonra – 1953-cü ilin iyununda xalq düşməni kimi Beriyanın özünü həbs etdilər. Bütün vəzifələri və imkanları əlindən alınaraq cəsusluqda, hakimiyyəti ələ keçirməkdə suçlandırılan “NKVD” rəhbəri 1953-cü il dekabrın 23-də güllələndi.

Amma bəzi versiyalar başqa mətləbdən xəbər verir. Əsas fərziyələrdən biri ondan ibarətdir ki, həmin vaxt Lavrenti Pavloviç Argentinaya qaçırılıb və güllələnən onun oxşarı olub.

Digər gümanlara görə isə, Beriya elə həbs olunan gün güllələnib. 6 ay Moskva Hərbi Qarnizonunun bunkerində saxlanılan və dekabrda güllələnən isə yenə də Lavrentinin oxşarının olduğu ehtimal edilir.

Bunlar versiya olsa da, fakt ondan ibarətdir ki, minlərlə günahsız insanın güllələnməsində iştirak etmiş Beriyanın bəraət alması üçün 2000-ci ildə qohumlarının Rusiya Baş Prokurorluğuna müraciətinə rədd cavabı verilib. 

                                                                                                                                                                                                                          168.az



168.az sosial şəbəkələrdə