Videolar - Açıq kosmosda və yerin altındakı canlılar

02.05.2012 | 2000 dəfə baxılıb

 

Alimlərin qənaətinə görə, kosmosda havasızlıqdan yaşamaq mümkün deyil. Amma elmin bu isbatının üstündən uzun illər keçdikdən sonra – 2012-ci ildə astroloqlar sensassiyalı xəbər yaydılar: Atmosferin yuxarı hissəsində ilana bənzəyən canlı hərəkət edir. O, oksigensiz və qidasız yaşayır. Təbii ki, şoka düşən alimləri bir sual narahat edirdi: Bu varlıq nədir?

15 il əvvəl isə Nyu-York metrosunda baş verənlər insanları dəhşətə gətirdi, çünki tuneldə işləyən fəhlələr bir-bir yoxa çıxırdı. Şahidlərin dediklərinə görə, yerin altında sanki timsah var, hətta oradakı siçovullar da qorxudan platformaya qaçaraq insanları vahiməyə salırdı. Həmin vaxt irəli sürülən fərziyyələrə görə, bu hadisələr hərbçilərin yeraltı genetik təcrübələr keçməsilə bağlı idi.

Digər ehtimallara görə isə, metronun tunelində UNO-lar məskunlaşıb və onlar insanları oğurlayaraq öz labaratoriyalarına aparırlar.

Bəs alova bənzər, yanan ilanlar nədir? Onların insana çevrilməsi mümkündürmü? Bütün bu və buna bənzər suallara cavab axtardıqda və müəyyən əsaslar gətirildikdə insana elə gəlir ki, həqiqətdə də UNO-lar aramızda yaşayır...

                                                                                                                                                                                                                          168.az



168.az sosial şəbəkələrdə