Videolar - Yaponiya zəlzələsinin və sunamisinin canlı görüntüləri

02.05.2012 | 1329 dəfə baxılıb

 

Yaponiyada tez-tez zəlzələlərin və sunamilərin baş verməsi sanki adi hala çevrilib. Hər dəfə bu fəlakət baş verdikdə çoxlu insan həyatına son qoyulur, şəhərlər, kəndlər, qəsəbələr sunamiylə yuyulur.

Bu görüntülər də ötən il “gündoğar ölkə”də 9 ballıq zəlzələ, yarım saat sonra isə sunaminin tuğyan etdiyi vaxt lentə alınıb. Yenə də yüzlərlə insan həlak oldu, evlər, obyektlər suyun altında qaldı. Sağ qalıb dəhşətin içində olan yaponlar isə istər-istəməz fəlakətin yaratdığı şoku yaşadılar.

Bu filmdə zəlzələnin və sunaminin canlı kadrlarını izləyən də sanki həmin faciənin daxilində, fəlakətin mərkəzindədir.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyanın Miyaqi əyalətində 9 bala yaxın yeraltı təkanlar qeydə alınıb. Yarım saat sonra isə ölkənin şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb. Şəhərə güclü ziyan dəyib. Senday beynəlxalq hava limanı su altında qalıb.

Sanriku şəhərində isə suyun səviyyəsi üçmərtəbəli binaları keçib. Burada dəniz limanı tamamilə dağılıb.

Yaponiyadakı bu təbii fəlakət zamanı minlərlə insanın həlak olduğu bildirilirdi.

                                                                                                                                                                                                                        168.az



168.az sosial şəbəkələrdə