Videolar - Yuri Qaqarinin 7 illik sirli həyatı

02.05.2012 | 3283 dəfə baxılıb

 

 

12 aprel Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə “Vostok" gəmisiylə planetimizin ətrafını 108 dəqiqəyə dövrə vuran Yuri Qaqarin kosmosa uçan ilk insan kimi tarixə düşüb. 

1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən sovet akademiki Serqey Korolyov namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması isə son dəqiqəyədək gizli saxlanılır. Yekunda Qaqarin və onun əvəzləyicisi Titov seçilir. Beləliklə də, məlum tarixi hadisə baş verir. 

Bu, bizim Qaqarin haqqında ümumi bildiklərimizdir. Bilmədiklərimiz təbii ki, bundan çoxdur. İlk kosmonavtın sirləri barədə iki seriyalı “Qaqarinlə üç gün. Və bütün həyatı” filmində bir çox məsələyə aydınlıq gətirilir. Bu sənədli filmdə həmçinin onun yerə enən zaman hara düşməsinin bəlli olmaması, Xruşovla danışıqları, kosmosa uçmazdan əvvəl və sonra hansı hisləri keçirməsi və s. barədə ətraflı məlumat verilir. 

Maraq doğuran məqamlardan biri də kosmosa uçuşdan iki gün əvvəl, 10 aprel 1961-ci ildə Yuri Qaqarin ömür-gün yoldaşına həyatının sanki son məktubunu yazır. Əslində o dövrdə kosmosa uçuşu açıq ölüm adlandırırdılar. Bəlkə də bu səbəbdən Qaqarinin naməsinə də “ölüm məktubu” deyirdilər. Amma həmin tarixi məktub ünvanına çatmaq üçün 7 il gözləməli oldu, 1968-ci ildə Yuri Qaqarin həlak olanadək...

                                                                                                                                                                                                                                                                 168.az



168.az sosial şəbəkələrdə