Videolar - Volf Messinq: Stalinin şəxsi öncəgörəni? (VIDEO)

10.08.2012 | 6119 dəfə baxılıb

 

Volf Messinq. Kimdir o? Onun haqqında bütün məlumatlar Rusiya təhlükəsiklik orqanlarında məxfi saxlanılsa da, ilk sovet ekstrasensi kimi tarixə düşdüyü çoxlarına bəllidir.

Hələ 1937-ci ildə parapsixoloq Varşavadakı konsertlərin birində çıxış edərkən Adolf Hitlerin şərqə hücum edəcəyi təqdirdə məğlubiyyətə uğrayacağını əvvəlcədən söyləmişdi. Təbii ki, bu, faşist Almaniyası liderinin xoşuna gəlməmişdi və II Dünya Müharibəsində Polşa işğal olunan zaman Adolf Hitler Volf Messinqi tapana mükafat verəcəyini vəd etmişdi. O, Hitlerin şəxsi düşməni elan olunmuşdu. Bir dəfə faşistlər ekstrasensi həbs edib kameraya gətirdilər, amma o, oradakıların hamısını hipnoz edərək qaça bildi. Bir qədər sonra isə SSRi-nin sərhədlərini keçdi.

Sovet rəhbəri İosif Stalinlə görüşündə isə “millətlər atası” onun qeyri-adi istedadını şəxsən yoxlamaq üçün xüsusi tapşırıq verdi: Messinq heç bir sənəd təqdim etmədən Kremldə keçib kabinetinə daxil olmalı idi. Messinq tapşırığı uğurla yerinə yetirdi. Qəfil sovet rəhbərinin kabinetində görününcə Stalin təəccübünü gizlədə bilmədi və bunu necə etdiyini soruşdu. Cavab isə sadə oldu: “Onlara deyirdim ki, mən Beriyayam”.

İlk sovet ekstrasensinin Kremldə az göründüyü bildirilsə də, onun Stalinin şəxsi öncəgörəni kimi qələmə verirdilər. Konsertlərdəki çıxışı zamanı isə yalnız bir dəfə siyasi məsələyə toxunmuşdu. 1943-cü ildə çıxışlarının birində demişdi ki, Almaniya ilə müharibə 5 may 1945-ci ildə bitəcək.

Volf Messinqin öncəgörməsi sayəsində diktatorun oğlu Vasili Stalin və məşhur hokkeyçi Bobrov ölümdən qurtulublar. Belə ki, hokkey komandasına məxsus təyyarənin qəzaya uğrayacağını əvvəlcədən İosif Vissarionoviçə çatdıran parapsixoloq Vasilinin həmin təyyarədə uçmasına qəti etiraz edib. Messinqin məsləhətinə uyğun olaraq V.Stalin və V.Bobrov hokkey matçına qatarla getməli oldular. Amma onların təyyarədə uçan komanda yoldaşları mənzil başına çata bilmədilər...

                                                                                                                                                                                                                      168.az



168.az sosial şəbəkələrdə