Videolar - Ölümə aparan yol: Siqaret insanı belə məhv edir (VİDEO)

02.05.2012 | 1704 dəfə baxılıb

 

Bu məlumatları bilmək və onlara əməl etmək həmişə lazımdır (168.az). Hər kəs bilməlidir ki, siqaretin dumanında nikotin, qətran və digər zərərli qazlar var. Qətranın tərkibində isə 4000-ə qədər kimyəvi maddə mövcuddur. Bunlardan da çoxu tokshiki, yəni zəhərlidir və məlum olub ki, 43 maddə xərçəngə yol açır.

Siqaret dumanında ən çox rast gəlinən maddə karbon mono-oksiddir. Karbon mono-oksid xüsusilə qanda oksigen daşınmasını azaldır. Nikotin isə asılılıq yaradır.

Nikotin əslində zəhərdir. Yüksək dozada qəbul olunduqda insanı öldürə bilər. O, qan təziqini və ürək döyüntülərini artırır. Karbon mono-oksidlə birlikdə ürək-damar xəstəliklərinə yol açır.

Siqaret əsasən bu xəstəliklərin yaranmasına səbəb olur :

1.Ağciyər xərçəngi
2.Ağız,dil,dodaq xərçəngi
3.Qırtlaq xərçəngi
4.Böyrək xərçəngi
5.Dəri xərçəngi
6.Uşaqlığın xərçəngi 

7.İnsult və s.

Bu videonu izləyin və bir daha siqaretin hansı fəsadlar törətdiyinin şahidi olun.



168.az sosial şəbəkələrdə