Videolar - “Eurovision-2012”-nin qalibi isveçli Lorindir (VİDEO)

28.05.2012 | 1294 dəfə baxılıb

 

Azərbaycanın paytaxtı Bakıda "Bakı Kristal Zalı"nda Eurovision 2012-nin möhtəşəm final şousu keçirilib (168.az). 57-ci Eurovision Mahnı Müsabiqəsinin qalibi İsveç təmsilçisi Lorindir.

Beləliklə, Bakıdakı möhtəşəm 57-ci Eurovision şousu başa çatıb. Hər bir kəs Bakıda təşkil olunan bu şouya heyrətlənib.

Səhnədə istifadə olunan işıq effektləri isə şounun əsas hissəsini təşkil edib. Açılış şousunda dünyaşöhrətli muğam ifaçısı Alim Qasımovun səhnəyə çıxması və Azərbaycan muğamı ilə Avropanı salamlaması diqqətçəkən məqamlardan olub. Alim Qasımovun Eurovision səhnəsində muğam ifa etməsi hər bir kəsin ürəyindən xəbər verib. Final mərhələsində Böyük Britaniyanı təmsil edən Engelbert Hamperdink, Macarıstandan "Compact Disko" qrupu, Albaniyadan Rona Nişliu, Litvadan Donny Montell, Bosniya və Herseqovinadan Maya Sar, Rusiyadan «Buranovskiye babuşki», İslandiyadan  Greta Salome & Jonsi, Kiprdən İvi Adamou,  Fransadan Anqun, İtaliyadan Nina Zilli, Estoniya Ott Lepland,  Norveçdən Tooji, Azərbaycandan Səbinə Babayeva, Rumıniyadan "Mandinga", Danimarkadan Soluna Samay, Yunanıstandan Eleftheria Eleftheriou, İsveçdən Lorin, Türkiyədən Can Bonomo, İspaniyadan Pastora Soler, Almaniyadan Roman Lob, Maltadan Kurt Kalleya, Makedoniyadan Kaliopi, İrlandiyadan "Jedward", Serbiyadan Zeljko Yoksimoviç, Ukraynadan Qaytana, Moldovadan Paşa öz perfomanslarını nümayiş etdiriblər. Səbinə Babayevanın səhnəyə Azərbaycanın dünyaşöhrətli muğam ifaçısı Alim Qasımovla birgə çıxması və "When the music dies" mahnısını mükəmməl səsi ilə ifa etməsi zaldakı bütün tamaşaçıları ayağa qaldırıb.

Hər iki yarımfinalda olduğu kimi, final şousunda da "Bakı Kristal Zal" hər təmsilçidən əvvəl onun ölkəsinin bayrağında işıqlandırılıb. Hər çıxışdan əvvəl isə Azərbaycanı tərənnüm edən postkardların nümayişi maraqla qarşılanıb.

Azərbaycanlı bəstəkar-müğənni Eminin interval aktında çıxışı isə yaddaşlara həkk olunub. Onun ifasından əvvəl Müslüm Maqomayevin bəstəsi olan "Azərbaycan" mahnısı səslənib. Həmin mahnının sədaları altında bütün zal "Eurovision 2012"nin şüarı olan "Light your fire"a uyğun olaraq odlarla işıqlandırılıb.



168.az sosial şəbəkələrdə