Videolar - İspanların finalda İtaliya darmadağını- 4:0 (VİDEO)

04.07.2012 | 1488 dəfə baxılıb


S-I footyroom.com by footyroom

İ

 

İspaniya yığma komandası finalda İtaliyaya 4:0 hesabı ilə qalib gələrək tarixdə ilk dəfə ardıcıl Avropa çempionu adına layiq görüldü (168.az). Qeyd edək ki, indiyədək heç bir ölkə iki dəfə ardıcıl Avropa çempionu olmamışdı.

Əvvəldən matçının favoriti ispanlar sayılsa da, italyanların yarımfinalda almanlara qarşı göstərdiyi oyun onu deməyə əsas verirdi ki, “ağ-mavilər” sonadək mübarizə aparacaqlar.

Amma İspanlar əsl çempionluq xarakteri nümayiş etdirib ilk yarıda iki qol vuraraq fasiləyə üstün yollandılar. Çoxları Balotellinin ikinci yarıda yenə də qəhrəman olmasını düşünərkən bu dəfə səhnəyə italyanların baş məşqçisi Çezare Prandelli çıxdı. Məhz baş məşqçinin ardıcıl 3 əvəzləməsi, 57-ci dəqiqədə isə Mottanın zədələnərək meydanı tərk etməsi matça, demək olar ki, aydınlıq gətirdi: İtaliya 10 nəfərlə güclü İspaniyaya qarşı mübarizə aparmağa qadir deyil. Belə də oldu. Qalan dəqiqələrdə ispanlar daha iki dəfə fərqıənərək matçı darmadağınla tamamladılar. Şübhəsiz, İtaliyanın bu şəkildə məğlubiyyətə uğramasında Prandellinin də günahı az olmadı.

Onu da qeyd edə ki, Avropa çempionatının final  oyunlarında indiyədək 4:0 hesabı qeydə alınmamışdı. Bununla da ispanlar daha bir ilkə imza atmış oldular.

İspaniya – İtaliya - 4:0

Qollar: Silva, 14 (1:0), X.Alba, 41 (2:0), Torres, 84 (3:0), Mata, 88 (4:0)

 Baş hakim: Pedro Proensa (Portuqaliya)

1 iyul.2012. Kiyev. “Olimpiyski” stadionu  

İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Xordi Alba, Buskets, Xavi Alonso, Xavi, İniyesta (Mata, 87), D.Silva (Pedro, 59), Fabreqas (Torres, 75) 

İtaliya: Buffon, Abate, Bonuççi, Barzaqli, Çiellini (Balzaretti, 21), Markisio, Pirlo, De Rossi, Montolivo (Motta, 57), Kassano (Di Natale, 46), Balotelli



168.az sosial şəbəkələrdə